Futbol üzrə Seneqal milli komandası tarixində ilk dəfə Afrika Millətlər Kubokunun sahibi oldu.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Kamerunun paytaxtı Yaundedəki “Olembe” stadionunda keçirilən Afrika Çempionatının final qarşılaşmasında ötənilki finalçı Seneqalla Misir yığmaları üz-üzə gəlib.

Oyunun 5-ci dəqiqədəsində seneqallı hücumçu Sadio Mane penaltidən yararlana bilməyib. Oyunun əsas və artırılmış vaxtında qapılardan heç birinə qol vurulmadığından qalib penalti seriyasında müəyyən olunub.

Penaltilər seriyasında isə məhz Sadio Mane son zərbədən məharətlə yararlanaraq, komandasına qələbə qazandırıb – 4:2. Bununla da Seneqal millisi tarixində ilk dəfə Afrika Millətlər Kubokunun qalibi olub.

Yada salaq ki, “Seneqal” yarımfinalda “Burkina-Faso”dan (3:1), “Misir”sə penaltilərlə də olsa ev sahibi “Kamerun”dan üstün olub. İki uduzmuşlar arasındakı 3-cü yer uğrunda görüş isə sonuncunun qələbəsilə başa çatıb.

Onu da bildirək ki, Misir yığması hamıdan çox – 7 dəfə bu kuboka sahib olsa da, sonuncu dəfə 2010-cu ildə çempionluğa yiyələnib.

Senegal v Egypt – TotalEnergies AFCON 2021 Final
Öncəki xəbərMəryəm Üzərli Moskvada fanatları ilə görüşdü
Sonrakı xəbərKriştiano Ronaldo Instagramda 400 milyon izləyici ilə yeni rekord vurdu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın