“Avropa Birliyi Ermənistan və Azərbaycan arasında danışıqlarda vasitəçilik səylərini davam etdirmək istəyir”.

YALAN.info bildirir ki, bu sözləri Avropa Şurasının rəhbəri Şarl Mişel (Charles Michel) AB-nin Brüsseldəki sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

Şarl Mişel AB sammitində Avropa liderlərinin Cənubi Qafqazdakı durumla bağlı fikir mübadiləsi apardığını və Avropa Birliyinin vasitəçilik rolunu davam etdirmək niyyətində olduğu bildirib.

“Biz Cənubi Qafqazdakı durumu müzakirə etdik. Biz ərazi bütövlüyü və suverenliyin qarşılıqlı tanınması əsasında Azərbaycan və Ermənistan arasında normallaşmaya nail olmaq üçün AB-nin vasitəçilik səylərini təşviq etmək niyyətindəyik”, – deyə o qeyd edib.   

Avropa Şurasının rəhbəri həmçinin AB ölkələri liderlərinin Brüsselin vasitəçilik səyləri ilə bağlı eyni fikirdə olduqlarını vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın