Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, görüşddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxtran Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Respublikasının Prezidenti Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edib.

Öncə MDB dövlət başçıları birgə foto çəkdiriblər. Daha sonra Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib və koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Владимир Путин выступает на неформальном саммите Содружества Независимых Государств
MƏNBƏPresident.az
Öncəki xəbərGlobe Soccer Awards 2021-ci ilin ən yaxşı futbolçularını mükafatlandırdı
Sonrakı xəbər2021-ci ildə Rusiyanın ən böyük pomidor tədarükçüsü Azərbaycan olub
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın