Qarabağda yaşayan ermənilər demək olar ki, hər gün Rusiya sühməramlılarına yaxınlaşaraq köçmək üçün müraciət edirlər. Onlar Qarabağda yaşamaq istəmirlər. Ermənilər deyir ki, bu torpaqlarda onları məcbur saxlayırlar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Axar.az xəbər portalının məlumatına görə bunları erməni siyasi şərhçi Samvel Ohanesyan çıxış edib.

“Biz Qarabağda yaşayan ermənilər ilə mütamadi söhbətlər edirik. Onların sayı hər gün azalır. Hamı Qarabağı tərk etmək barədə düşünür. Bu bizim üçün əsl faciədir. Elə çıxır ki, yaxın vaxtlarda Azərbaycan əsgəri bir güllə belə atmadan sakitcə Xankəndiyə yerləşəcək. Biz Bakıya heç bir söz də deyə bilməyəcik, çünki bölgədə olan sülməramlılar da təsdiq edəcək ki, ermənilər bu torpaqlardan könüllü olara çıxıb.

Bu faciənin birinci mərhələsidir. İkinci mərhələ bu insanların Qarabağdan çıxdıqdan sonra hara üz tutması olacaq. İnanın ki, onlar heç Ermənistanda belə yaşamaq, yerləşmək istəmir – Rusiyaya, ya da Qərb ölkələrinə üz tutacaqlar”, – deyə erməni ekspert qeyd edib.

OHANESYAN: XANKƏNDİ SÜRƏTLƏ BOŞALIR, BAKI SAKİTCƏ GİRƏCƏK
Öncəki xəbərUkrayna prezidenti Vladimir Zelenski: Putinlə istənilən formatda görüşə hazıram
Sonrakı xəbərAVRO-2020-də ən yaxşı qolun müəllifi Patrik Şik mükafatlandırıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın