Qrossmeysterimiz Şəhriyar Məmmədyarov Latviyanın paytaxtı Riqa şəhərində FIDE-nin “World Chess” layihəsi üzrə keçirdiyi “Grand Prix 2019” seriyasının finalında qələbə qazanıb.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytı bildirir ki, Azərbaycan şahmatçısı Ş.Məmmədyarov finalda fransalı Maksim Vaşye-Laqravla münasibətlərinə aydınlıq gətirib.

İlk oyunda ağ fiqurlarla qələbə qazanan və ikinci görüşdə qaralara uduzan “Şah” ləqəbli usta rəqibini son tay-brek oyununda udmağı bacarıb.

Beləki, dörd oyunun hamısı heç-heçə başa çatıb, ardınca blitsdə də status-kvo pozulmayınca, ümid sonuncu vasitəyə – “armagedon”a qalıb.

Qara fiqurlarla çıxış edən Ş.Məmmədyarov 64-cü gedişdə qələbəsini rəsmiləşdirərək, toplam hesabda 5:4 hesabı ilə qalib gəlib və “Grand Prix 2019”-un çempionu olub.

Qeyd edək ki, 16 şahmatçının qatıldığı Riqa Grand Prix 2019 turniri pley-off sistemi ilə keçirilirdi.

Toplam dörd seriyadan ibarət olacaq super-turnirin Moskvada keçirilmiş ilk seriyasında rusiyalı Yan Nepomnyaşi qələbə qazanmışdı.

Finala çıxan hər iki şahmatçı 2020-ci ildə “Şahmat tacı” uğrunda iddiaçılar turnirində oynamaq hüququ qazanıb. Həmin turnirin qalibi isə gələn ilin payızında norveçli dünya çempionu Maqnus Karlsenlə titul qarşılaşmasına çıxacaq.

Öncəki xəbərXİN Mətbuat Katibi Leyla Abdullayeva: Danışıqlarda erməni və azərbaycanlı icmaları ola bilər
Sonrakı xəbərAzərbaycandan Avstraliyaya Nota: Səfir XİN-ə Çağırıldı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın