Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerinə yetirilən yol infrastrukturu layihələri ilə bağlı məlumat açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı AAYDA-nın rəsmi saytında məlumat paylaşılıb.

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu

  • texniki göstəriciləri: 81,6 km, I texniki dərəcəli, 6-4 hərəkət zolaqlı;
  • görülmüş işlər: 0-17, 23-45, 51-52, 57-65, 71-72, 74-81-ci km hissələrdə torpaq;
  • yatağının tikintisi, 1, 27, 34, 37, 50, 62, 79-cu km-də körpülərin, 52, 71, 77, 78, 80-ci km-də tunellərin və 60, 68-ci km-də alt keçidlərin tikintisi aparılır.

2. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu

  • texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km;
  • görülmüş işlər: 12-13 km-də torpaq yatağında qazma işləri, 12,8 km (10×5) və 13,3 km-də (6×5) suötürücü boruların inşası davam edir. Murovdağ tunelinin giriş və çıxışında üst yarı qazma işləri toplam 750 m təşkil edir. 12,8-13-cü km-də mövcud kanalların köçürülməsi davam edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

3. Kəlbəcər-Laçın avtomobil yolu

  • texniki göstəriciləri: yol – 72,3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9,8 km;
  • görülmüş işlər: mobilizasiya və torpaq işləri həyata keçirilir. Umumi icra vəziyyəti 2 % təşkil edir. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

4. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

  • texniki göstəriciləri: 726,3 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı.
  • görülmüş işlər: torpaq işləri 78 %, torpaq yatağının və yol geyimi tikintisi işləri 20%, boruların tikintisi 95 %, yol nişanları 82 % yerinə yetirilib.

5. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu

  • texniki göstəriciləri: 123,8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı;
  • görülmüş işlər: 0-23, 35-76, 82-83, 94-95, 101-112-ci km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 30 %, boru və keçidlərin tikintisi 29 %, körpülərin tikintisi 27 % yerinə yetirilib. Toplam uzunluğu 6 km olan 3 avtomobil tunelinin tikintisi işləri başlayıb.

6. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu

  • texniki göstəriciləri: 70,4 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı;
  • görülmüş işlər: Qubadlı-Laçın istiqamətində ilk 37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, körpülərin tikintisi işləri aparılır, topoqrafik işlər davam etdirilir. Torpaq işləri 34 %, yol geyimi 6 %, boru və keçidlərin tikintisi 35 %, körpülərin tikintisi 27 % yerinə yetirilib. Toplamda 24 % yerinə yetirilib.

7. Qubadlı-Eyvazlı avtomobil yolu

  • texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı;
  • görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu

  • texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı;
  • görülmüş işlər: torpaq işləri 55 %, yol geyimi 13 %, boru və keçidlərin tikintisi 59 %, körpülərin tikintisi 53 % yerinə yetirilib.

9. Füzuli-Hadrut avtomobil yolu

  • texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı;
  • görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 70 % yerinə yetirilib.

10. Hadrut-Tuğ-Azıx avtomobil yolu

  • texniki göstəriciləri: 22,0 km, IV texniki dərəcəli, 2 hərəkət zolaqlı;
  • görülmüş işlər: Layihələndirmə və mobilizasiya işləri aparılır. Paralel olaraq mövcud yol örtüyü frez maşını vasitəsilə profilə salınır, 1,4 km-lik hissədə asfalt-beton örtüyün alt layı tikilib, 800 m hissədə yolun dağılmış hissəsi qazılaraq ərazidən uzaqlaşdırılir və yeni yol əsası yerinə yetirilir.

11. Bərdə-Ağdam avtomobil yolu

  • texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, 4 hərəkət zolaqlı;
  • görülmüş işlər: torpaq işləri 49,6 %, yol geyimi 13,5 %, boru və keçidlərin tikintisi işləri 37,8 %, körpülərin tikintisi 87,9 % yerinə yetirilib.

12. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu

  • texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, 2 hərəkət zolaqlı;
  • görülmüş işlər: Yolun ilk 8,5 km və 10-22 km hissələrində torpaq işləri bitib, suötürücü boruların və yol geyiminin tikintisi işləri davam etdirilir.
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol layihələri barədə MƏLUMAT

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın