Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazası yaradılacaq.

YALAN.info bildirir ki, bu, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı”na edilən dəyişiklikdə öz əksini tapıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2022-2024-cü illərdə AMEA ilə birlikdə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının geoloji quruluşu (stratiqrafiya, tektonika, maqmatizm, hidrogeologiya) və faydalı qazıntıları üzrə toplu məlumatlar bazasının yaradılmasını təmin etməlidir.

Beləliklə, “Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının ərazilərində (Kiçik Qafqazın mərkəzi və cənub hissəsi) nəcib və əlvan metallara (mis) perspektivli sahələrdə “AzerGold” QSC” tərəfindən geoloji-axtarış işləri aparılacaq.

Eyni zamanda, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu dövrdə Laçın rayonu ərazisində mineral gübrə xammalları ilə bağlı perspektivli sahələrdə axtarış və qiymətləndirmə işlərinin aparılmasını təmin etməlidir.

MƏNBƏAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev
Öncəki xəbər“Qaz döyüşü”nün taleyi bilinir: Avropa Rusiya qazına “əlvida” deyir
Sonrakı xəbərKubada hoteldəki partlayış nəticəsində 32 nəfər ölüb, 19 nəfər itkin düşüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın