Hikmət Şıxməmmədov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. 

Şəhərin işğaldan azad olunduğu gün şəhadətə ucalan şəhidin xanımı Ayşən Vəliyeva onun ayağının son dəydiyi yerləri görmək üçün Şuşanı ziyarət edib. 

Hikmət və Ayşənin sevgi hekayəsi məktəb yaşlarından başlayıb. 8 il sevgili olan cütlüyün evliliyi cəmi 6 gün çəkib. 

“Hikmətin şəhid xəbəri gələndə əllərimin xınası hələ də getməmişdi”, – deyə şəhid xanımı qeyd edib.

Könüllü olaraq 44 günlük savaşa qoşulan Hikmət Şıxməmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Əllərimin Xınası Getmədən ŞƏHİD OLDU – Baku TV | Tükürpərdici Reportaj
Öncəki xəbərAssol Mirmanova: Təhlükəsizlik qüvvələrinin rəhbərliyi sabitliyin pozulmasına imkan yaradıb
Sonrakı xəbərMariya Stadnik karyerasını davam etdirəcəyini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın