Hikmət Şıxməmmədov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. 

Şəhərin işğaldan azad olunduğu gün şəhadətə ucalan şəhidin xanımı Ayşən Vəliyeva onun ayağının son dəydiyi yerləri görmək üçün Şuşanı ziyarət edib. 

Hikmət və Ayşənin sevgi hekayəsi məktəb yaşlarından başlayıb. 8 il sevgili olan cütlüyün evliliyi cəmi 6 gün çəkib. 

“Hikmətin şəhid xəbəri gələndə əllərimin xınası hələ də getməmişdi”, – deyə şəhid xanımı qeyd edib.

Könüllü olaraq 44 günlük savaşa qoşulan Hikmət Şıxməmmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Əllərimin Xınası Getmədən ŞƏHİD OLDU – Baku TV | Tükürpərdici Reportaj

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın