Rusiyanın İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində 17 nəfər həlak olub.

YALAN.info bildirir ki, bununla bağlı Udmurtiya hakimiyyəti Rusiya Federasiyasının İstintaq Komitəsinə istinadən məlumat yayıb.

Dəhşətli hadisə dünən səhər saatlarında şəhərin 88 saylı məktəbində baş verib. Belə ki, məktəbin keçmiş şagirdi olmuş 34 yaşlı kişi sinif otaqlarına girərək iki tapançadan böyüklərə və uşaqlara atəş açıb. Bundan sonra o, özünü dördüncü mərtəbədəki kabinetə bağlayıb və intihar edib.

Son məlumatlara görə, atışma nəticəsində ölənlərin sayı 15-ə çatıb, onlardan 11-i uşaqdır. 22-si uşaq olmaqla daha 24 nəfər isə xəsarət alıb. Məlumata görə, zərərçəkənlərin bəziləri özlərini pəncərədən atdıqları zaman xəsarət alıblar. Faciə ilə əlaqədar Udmurtiya Respublikasında sentyabrın 26-dan 29-dək matəm elan edilib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın