Rusiya Ordusu Ukraynada toplam dəyəri 10 milyard dollardan çox olan hərbi texnika itirib.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Müdafiə Nazirliyi özünün Telegram kanalında məlumat yayıb.

“Hərbçilərimiz piyadaların tank əleyhinə yüngül silahları, dronlar, artilleriya və hava hücumundan avtomatlaşdırılmış idarəetmə sistemlərini müdafiə sistemi ilə birləşdirərək döyüşür. Qoşunların və güclərin yaxşı əlaqələndirilmiş qarşılıqlı fəaliyyəti sayəsində yaradıcı yanaşma ilə bacarıqlı taktiki bacarıq nümayiş etdirir. Artıq düşmənin toplam dəyəri 10 milyard dollardan çox olan böyük sayda hərbi texnikası məhv edilib”, – deyə xəbərdə bildirilir.

Hərbi qurum bununla bağlı video paylaşıb. Kadrlarda Gürcüstan və Krımın işğalında iştirak edən gəminin məhv edilmə görüntüsü də yer alıb.

Verilən məlumata görə, hücum edən tərəfin 631 ədəd tankı, 1 776 ədəd zirehli döyüş maşını, 316 ədəd artilleriya sistemi, 100 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 54 hava hücumundan müdafiə sistemi, 143 ədəd hərbi təyyarəsi, 134 ədəd helikopteri, 1236 ədəd nəqliyyat vasitəsi, 7 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 87 ədəd dronu, 24 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket komplesi məhv edilib.

Bundan başqa, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Facebook səhifəsində indiyədək 17 800 Rusiyalı hərbçinin zərərsizləşdirilməsi haqqında məlumat paylaşıb.

ТОП – 7 НАЙДОРОЖЧОЇ РАШИСТСЬКОЇ ТЕХНІКИ, ЗНИЩЕНОЇ В УКРАЇНІ

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın