Rusiya-Ukrayna müharibəsində Belarus ordusunun iştirakı barədə rəsmi məlumat yoxdur.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Ukrayna prezidenti ofisinin rəhbərinin müşaviri Aleksi Arestoviç jurnalistlər üçün keçirilən brifinqdə deyib.

“Hələlik Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Belarus ordusunun iştirakı ilə bağlı rəsmi məlumat yoxdur. İndi bu məsələ ilə bağlı daxil olan məlumatlar yoxlanılır. Ancaq məlumatların səviyyəsi Belarus ordusunun döyüşlərdə iştirakını təsdiqləmək üçün yetərli deyil”, – deyə Oleksi Arestoviç bildirib.

“Bu gün bəyan edə biləcəyimiz yeganə şey odur ki, Belarus ərazisindən, onların bazalarından ərazilərimizə vertolyotlar, təyyarələr uçur. Bu, bizim üçün çox təhlükəli vəziyyətdir… Bu günə qədər Belarus ordusunun iştirakı müşahidə olunmur, ancaq hər an baş verə bilər, çünki qoşunlar (Belorus ordusu) hazır vəziyyətdədirlər, nisbətən desək, No1. Tam döyüş”, – Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi sözlərinə əlavə edib.

Belarusun Xarici İşlər Nazirliyi isə öz növbəsində Minskin Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak etmədiyini və bunu planlaşdırmadığını vurğulayıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın