“Son sutka boyunca Rusiya Ordusu Ukraynaya qarşı müharibədə daha 100 əsgər və 1 helikopter itirib. Toplamda, müharibənin 130-cu günündə artıq 36 minə yaxın işğalçı məhv edilib”.

YALAN.info bildirir ki, bununla bağlı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Facebook sosial şəbəkə hesabında paylaşım edilib.

Məlumata görə, döyüşlərin başladığı gündən bu yana Rusiya Silahlı Qüvvələri 35 970 hərbçisini itirib. Gedən döyüşlərdə Rusiya Ordusunun 1584 tankı, 3744 zirehli döyüş maşını, 801 artilleriya sistemi, 246 reaktiv yaylım atəşi sistemi, 105 HHM sistemi, 217 təyyarəsi, 187 helikopteri, 2618 avtomobil texnikası, 15 gəmisi, 654 kəşfiyyat PUA-sı, 64 xüsusi texnikası və 144 qanadlı raketi məhv edilib.

Bildirilir ki, Rusiya Ordusu ən çox Kramatorsk və Baxmut istiqamətlərində itkilər verib. Yada salaq ki, daha öncə Melitopolun meri İvan Fedorov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələri 30 raket zərbəsi nəticəsində Rusiyanın şəhərdəki dörd hərbi bazasından birini məhv edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın