Rusiya və Ukrayna arasındakı müharibəyə görə Böyük Britaniyada yaşaması qadağan edildiyi iddia olunan Rusiyalı milyarder Roman Abramoviç təcili olaraq “Çelsi”ni satır. 

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu iddia ilə “Bloomberg” agentliyi çıxış edib.

Nəşr klubun satılması üçün sənədlər üzərində işləyən hüquqşünaslara istinad edib.

Abramoviç hələ Böyük Britaniyanın sanksiyalar siyahısında olmasa da, özünü potensial təhlükədən sığortalamağa çalışır.

Klub nümayəndələri və milyarder bu məlumatı şərh etməkdən imtina ediblər.

Bundan öncə “The Sun” nəşri bildirmişdi ki, Roman Abramoviçə Böyük Britaniyada yaşamaq qadağan edilib. Artıq bununla bağlı yerli İmmiqrasiya Xidmətinə uyğun tapşırıq verilib. Abramoviçin məsələsi ilə Daxili İşlər Nazirliyinin xüsusi işlər üzrə gizli idarəsi məşğul olur.

2018-ci ildə İsrail vətəndaşlığı alan 56 yaşlı funksioner ötən ilin oktyabrında Londona uçmaq üçün bu ölkənin pasportundan istifadə edib.

İddiaya görə, o, İngiltərədə yaşamaq istəsə, daimi viza üçün rəsmi müraciət etməli olacaq. Ancaq iş adamının bu istiqamətdə istənilən cəhdinin demək olar ki, rədd ediləcəyi bildirilib.

Yada salaq ki, Roman Abramoviç “Çelsi” klubunun səhmlərini 2003-cü ildə alıb.

KİMElnur Salahov
MƏNBƏReport informasiya agentliyi
Öncəki xəbərNATO Rusiyanı hədələdi: Strateji səhvinin əvəzini çox ağır ödəyəcək
Sonrakı xəbərVolodimir Zelenski: Bizim əsas məqsədimiz bu qırğına son qoymaqdır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın