“Əsas məqsədimiz bu qırğına son qoymaqdır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski indiki dövrdə ölkə hakimiyyətinin başlıca məqsədini açıqlayarkən deyib.

Dövlət başçısı Telegram kanalında yayılan müraciətində bildirib ki, Ukraynanın əsas məqsədi qırğına son qoymaqdır.

“Əsas məqsədimiz bu qırğına son qoymaqdır. Düşmənin itkiləri çox, çox ağırdır. Bunlar sərhədimizi keçən, torpaqlarımıza keçən yüzlərlə, yüzlərlə öldürülmüş əsgərdir. Təəssüf ki, bizim də itkilərimiz var. Ukraynalılar təcavüzə qəhrəmancasına müqavimət göstərirlər”, – Zelenski vurğulayıb.

O, əlavə edib ki, bu təcavüzə haqq qazandırmaq olmaz, ona görə də işğalçılar heç olmasa nəsə demək üçün bütün absurd ittihamlarla çıxış etməlidirlər.

“Mən əminəm ki, bu ittihamlar obyektiv deyil. Heç kim onlara inanmayacaq: ukraynalılar inanmayacaq, dünya inanmayacaq, Rusiya Federasiyasının vətəndaşları inanmayacaq. Sadəcə olaraq, belə bir həqiqət yoxdur və ola da bilməz. Uşaq bağçalarını, yaşayış infrastrukturlarını artilleriyadan niyə atəşə tutulduğunu izah edə bilən həqiqət yoxdur”, – Zelenski deyib.

Ukrayna Prezidenti Vladimir Zelenski Rusiyadan uşaq evlərində və bağçalarda ukraynalı uşaqları niyə öldürdüklərini soruşub:

“Kiyev vilayətinin Vorzel şəhərini “Qrad”larla vurublar. Uşaq evini “Qrad”la vurublar. Axtırka, Sum vilayətini isə “Uraqan”la vurublar. Yaşayış yerləri, sığınacaqlar, uşaq bağçaları atəşə tutulub. Bu, uşaq bağçasında ukraynalı uşaqlara qarşı necə müharibədir? Uşaq bağçasında. Onlar kimdir? Onlar da neonasistdir? Yoxsa Rusiyanı təhdid edən NATO əsgərləridir?”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın