İngiltərənin “Çelsi” klubunun rusiyalı sahibi Roman Abramoviç Böyük Britaniyanın sanksiyalarına məruz qalıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, buna səbəb Rusiyanın Ukraynaya hərbi müdaxilə etməsidir.

Hökumətin açıqlamasında bildirilib ki, Abramoviçin bank aktivləri dondurulur. Ona Britaniyanın fiziki və hüquqi şəxsləri ilə əməliyyat keçirməsi qadağan ediləcək. Abramoviçin ölkəyə gəlməsinə və uzun yol qət etməsinə də sanksiya qoyulub.

Bununla da R. Abramoviç artıq qanuni olaraq “Çelsi” Futbol Klubunun sahibi deyil və onu satmaq hüququndan da məhrum edilib. 

London təmsilçisi xüsusi lisenziya ilə işləyə biləcək. Klubun satışı hələlik dayandırılıb. “Zadəganlar”a bilet satışına da icazə verilməyəcək. Komandanın oyunlarına yalnız abunəsi olan şəxslər gələ bilərlər.

Öncəki xəbərElnurə Məmmədova: İdmanla məşğul olarkən insanlığımızı itirməməliyik
Sonrakı xəbərG7 Rusiyanı zəiflətmək üçün yeni sanksiyalar tətbiq edəcək
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın