Koronavirus (COVID-19) infeksiyasına yoluxma sayındakı artım tendensiyası İtaliyanın böyük şəhərlərində Yeni il şənliklərinin ləğvinə səbəb olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Roma Bələdiyyəsi paytaxtda izdihamın qarşısını almaq üçün dekabrın 31-də keçirilməsi planlaşdırılan Yeni il konsertinin ləğv edildiyini açıqlayıb.

Ölkənin başqa böyük şəhəri Milanda isə Yeni il bayramı ilə əlaqədar ictimai meydanlarda heç bir tədbirin keçirilməyəcəyi bildirilib.

Kampaniya regionunun rəhbəri Vinçenzo De Luka bölgədə Yeni il gecəsi küçə şənliklərini, spirtli içkilərin satışını və ictimai yerlərdə sudan başqa qida və içkilərin istehlakını qadağan edib.

Milad və Yeni il bayramlarının yaxınlaşması ilə əlaqədar İtaliya hökuməti yoluxmaların sayında artım tendensiyasına diqqət çəkib və ictimaiyyəti ehtiyatlı olmağa çağırıb.

KİMNihad Budaqov
MƏNBƏAzərbaycan Dövlət İnformasiya Agentliyi
Öncəki xəbər35 yaşlı Qabriel Boriç Çilinin ən gənc prezidenti seçildi
Sonrakı xəbərEmmanuel Makronun həyat yoldaşı Bricitin trans olması ilə bağlı iddialar yayılıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın