Melbrunda mükafat fondu 54 milyon dollar olan tennis üzrə “Australia Open 2022” çempionatının kişilər arasındakı fərdi yarışlar üzrə final oyunu keçirilib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, həlledici qarşılaşmada ispaniyalı Rafael Nadal rusiyalı Daniil Medvedyevlə qarşılaşıb.

Gərgin keçən oyunun ilk iki setində rusiyalı atlet üstün olsa da, sonradan inanılmazı gerçəkləşdirən “torpaq örtüklərin kralı” əvvəlcə hesabı bərabərləşdirə, həlledici setdə isə qalib gələ bilib.

Qarşılaşmanın taleyi prineylinin qələbəsilə başa çatan beşinci setdə həll olunub. Beləliklə də, Nadal ilin ilk “Böyük dəbilqə” mükafatına yiyələnib. Bu, Nadalın sayca 21-ci “Böyük dəbilqə” mükafatıdır. Bu göstərici üzrə o, həmkarları arasında liderdir.

Yada salaq ki, kişilər arasında dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç vaksinasiya ilə bağlı sənədlərindəki problemlərə görə Avstraliya ərazisinə buraxılmayıb və turnirdə iştirak imkanından məhrum olub.

Record Breaker: Rafael Nadal Championship Point (Final) | Australian Open 2022
MƏNBƏAustralia Open
Öncəki xəbərRossiya 24 telekanalında Hakimiyyət formulu: Azərbaycanın Prezidenti İlham Əliyev
Sonrakı xəbərYunanıstan parlamenti Türkiyə istehsalı maskalar alınmasına peşmanlıq etdi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın