“Mən Azərbaycan adət-ənənələri ilə tərbiyə almışam. Bizdə belədir ki, hər şey – tərbiyə də, millət də atadan keçir. Dinə gəlincə də hər şey atamızdan keçir”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bu sözləri Azərbaycan əsilli MMA döyüşçüsü Rafael Ataman Fiziyev Rusiyanın Sport-Express.ru saytına müsahibəsində deyib.

Rusiyalı idman jurnalisti İlya Andreyev yüngül çəkidə UFC-nin ən güclü döyüşçülərindən sayılan idmançıdan geniş müsahibə alıb. Jurnalist Ataman ləqəbli Rafael Fiziyevdən nə üçün özünü milliyətçə Rus yox, Azərbaycanlı saydığını soruşub:

– Bunu ara qızışdırmaq kimi, irad kimi başa düşmə, sadəcə bilmək istərdik: siz Qırğızıstan və Azərbaycan bayraqları ilə döyüşə çıxanda “Azərbaycan mənim millətimdir” deyirdin. Ancaq sən yarı russan. Niyə özünü rus saymırsan?

– Çünki bizim adət-ənənəmiz var – belədir ki, tərbiyə də, millət də atandan keçir. Ata ailənin böyüyüdür. Mən Azərbaycan adət-ənənələri ilə tərbiyə almışam. Bizdə dində də adət-ənənələrə görə hər şey atamızdan keçir.

– Yeri gəlmişkən, anan müsəlmandır?

– Hə, İslamı qəbul etdi.

– Dinə necə gəldin? Özün, yoxsa ailə ənənələri ilə?

– Özüm. Mənim bir dayım var idi, o, artıq dünyasını dəyişib. Maraqlandım, mənə hər şeyi danışdı, izah etdi. Ürəyim hər zaman buna can atırdı, axtarırdı. Əmim dedi, yol göstərdi. Sonra özüm hər şeyi araşdırmağa, öyrənməyə başladım, oxudum və buna gəldim.

– Bayraqsız mübarizəni davam etdirəcəksən?

– Hə.

– Bu son və dəyişilməzdir?

– Bundan sonra nə olacağını bilmirəm. Sabah nə olacağını heç bilmirəm, ona görə də hər şeyin son və dəyişməz olduğunu deyə bilmərəm. Ancaq indiyə qədər hər şey belədir. Bu ölkə… Baxmayaraq ki, hər yerdə qışqırırlar ki, mən kimisə satdım, satıldım. Əslində isə bu ölkə (Qırğızıstan – red.) mənə xəyanət etdi və satıldı.

ФИЗИЕВ: Дос Аньос, Марк Хант vs чеченские бойцы, Петр Ян, Ирак, флаг. КАК НАЦИОНАЛИСТЫ НАПАЛИ ТОЛПОЙ

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın