Amerika Birləşmiş Ştatları administrasiyası Ukraynaya hərbi yardımı artırmaq üçün ABŞ Konqresi və xarici müttəfiqləri ilə fəal işləyir.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında danışıb.

“Biz Ukraynaya hərbi yardımın həcmini önəmli dərəcədə artırmaq, ona özünü müdafiə etməyə hazırlaşmağa kömək etmək üçün Konqres, eləcə də müttəfiqlər və tərəfdaşlarla yaxından işləməyə davam edirik”, – ABŞ diplomatı deyib.

O yada salıb ki, Vaşinqton keçən il Kiyevə 650 milyon ABŞ dolları həcmində hərbi yardım edib.

“Biz müttəfiqlərə Kiyevə Amerika istehsalı olan avadanlıqla təmin etməyə icazə vermişik. Biz Avropada əlavə qüvvələr yerləşdirmişik və NATO-nun şərq cinahını gücləndirmək üçün başqa birlikləri yüksək hazırlıq durumuna gətirmişik”, – Blinken deyib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın