Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Rafael Ağayev peşəkarların mübarizə apardığı “Karate Combat“da ağır çəkidə titul görüşünə çıxıb.

YALAN.info bildirir ki, 37 yaşlı idmançı ABŞ təmsilçisi Reymond Denielslə üz-üzə gəlib.

Rəqibini məğlub edən Ağayev çempionluq kəmərini qazanıb. Döyüşdən sonra çıxış edən Rafael Ağayev bildirib ki, bu titul Azərbaycan xalqınındır. 35 yaşlı idmançı kəməri qazanmaq üçün çox çalışdığını bildirib: “Bir il səkkiz ay öncə anam vəfat edib. Bu, həmin vaxtdan sonra əldə etdiyim ilk qızıl medaldır. Mükafatı anama və xalqıma həsr edirəm. Arzuma çatdım və çempion oldum”.

Qeyd edək ki, Rafael Ağayev 2018-ci ildən “Karate Combat”da mübarizə aparır.

Öncəki xəbərSabir Rüstəmxanlı: İran “farsistan” deyil, İran “Türküstandır”
Sonrakı xəbərArgentina millisi Messi ilə 3-cü dəfə futbol üzrə Dünya Çempionu oldu
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın