Müdafiə nazirinin təsdiq etdiyi plana uyğun olaraq hərbi hissələrin radiasiya, kimyəvi və bioloji mühafizə xidməti rəisləri və bölmə komandirləri ilə tapşırıqların daha keyfiyyətlə yerinə yetirilməsi məqsədilə təlim-metodiki toplanış keçirilib.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Toplanışda bölmələrin uzlaşmış fəaliyyətinin, eləcə də tapşırıqların yerinə yetirilməsi zamanı şəxsi heyətin praktiki vərdiş və bacarıqlarının, eyni zamanda mənəvi-psixoloji dözümlüyünün artırılmasında zabitlərin üzərinə düşən vəzifələrdən danışılıb.

Aparılan müzakirələrdə komandir heyətinə uyğun rəhbər sənədlərin hazırlanması və icrası ilə bağlı nəzəri və praktiki köməklik göstərilib. Təlim-metodiki məşğələlərdə həmçinin Azərbaycan Ordusunun döyüş bacarığına təsir edən mövzularla bağlı geniş fikir mübadiləsi aparılıb.

Radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrində təlim-metodiki toplanış keçirilib
MƏNBƏAzərbaycan Respublikası Müdafiə Nazirliyi
Öncəki xəbərEynulla Fətullayevin bölgədən reportajı: Türkiyə-Suriya sərhədində nə baş verir
Sonrakı xəbərMüdafiə naziri Mərkəzi Komanda Məntəqəsində xidməti toplantı keçirib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın