Dekabrın 13-də İsveçrənin Nyon şəhərində UEFA Konfrans Liqasının pley-off mərhələsinin püşkü atılıb: Marsel (Fransa) – Qarabağ (Azərbaycan).

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, püşkatma nəticəsində Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ” futbol klubunun pley-off mərhələsindəki rəqibi Fransanın “Marsel” (Marseille) komandası olacaq.

“Köhlən atlar” ilk oyununu 2022-ci il fevralın 18-də səfərdə, cavab qarşılaşmaları isə bir həftə sonra Bakıda oynayacaq.

UEFA Avropa Liqasının E qrupunda “Qalatasaray”, “Lazio” və “Lokomotiv Moskva” komandaları ilə bir qrupda yer alan “Marsel” 7 xalla üçüncü yeri tutmuşdu.

UEFA Avropa Liqası – E qrupu

OyunQHMVQBQTop fərqiXallar
Qalatasaray633073412
Lazio62317349
Marsel614167-17
Lokomotiv Moskva602429-72

Pley-off oyunlarının qalibləri UEFA Konfrans Liqasının qrup mərhələsində qruplarda ilk yerləri tutan komandalarla qarşılaşacaqlar.

“Qarabağ” UEFA Konfrans Liqasında “Bazel” (İsveçrə), “Omoniya” (Kipr) və “Kayrat” (Qazaxıstan) klubları ilə birgə H qrupunda mübarizə aparıb. İsveçrənin “Bazel” komandası qrup lideri kimi səkkizdəbir finala adlayıb. Qrup mərhələsində 11 xal toplayan ağdamlılar qrupda ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazanıblar.

UEFA Konfrans Liqası – H qrupu

OyunQHMVQBQTop fərqiXallar
Bazel6420146814
Qarabağ6321108211
Omonoiya6042510-54
Kayrat6024611-52

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibini dəyərləndirərkən deyib: “Arzuolunmaz komanda ilə düşdüyümüzü düşünə bilərik. İlk olaraq bizim rəqib bilindi. Mən hər zaman futbolçularımın daha da böyüməsini istəyirəm. Azərbaycana daha titullu komandaların gəlməsinə, deməzdim, sevinmişəm. Sadəcə, bildirmişəm ki, bunun futbolumuzun inkişafı üçün faydası olacaq”.

49 yaşlı mütəxəssis rəqibdən çəkinmədiklərini bildirib: Bunadək də çox sayda güclü rəqiblərimiz olub. Bəzi oyunlarda uduzsaq da, futbolçular layiqli oyun göstəriblər. Bu il təcrübəmiz daha çoxdur. Məndə bu il turnirə başlayanda hansı istək var idisə, futbolçularıma necə güvənirdimsə, indi də eyni vəziyyətdir.

2 ay vaxtımız olacaq, rəqibi daha yaxından tanıyacağıq. Çalışacağıq ki, futbolçularımıza hər xırda elementi düzgün formada çatdıraq və layiqli mübarizə aparaq. Rəqibin adından çəkinməyəcəyik. İnanıram ki, həm səfərdə, həm də evdə ən yaxşı oyunlarımızdan birini oynayacağıq. Komandama güvənirəm”.

Qurban Qurbanov: “İki ay vaxtımız var, rəqibi daha yaxından tanıyacağıq”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın