Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yerinə yetirilən yol infrastrukturu layihələri ilə bağlı məlumat açıqlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı AAYDA-nın paylaşdığı məlumatları təqdim edir:

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu

– Texniki göstəriciləri: 81.6 km, I texniki dərəcəli, dörd hərəkət zolaqlı.
– Görülmüş işlər: 0-17, 26-44, 51-52, 58-64, 71-72, 75-80-ci km hissələrində torpaq yatağının tikintisi,1, 27,34, 37, 50, 62, 79-cu km-də körpülərin, 80-ci km-də tunellərin və 60-cı km-də alt keçidlərin tikintisi aparılır.

2. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu

– Texniki göstəriciləri: yol – 80.7 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 11.6 km.
– Görülmüş işlər: yolun 12-13-cü km hissəsində torpaq yatağının qazılması, 12.8 və 13.3-cü km hissələrdə suötürücü boruların inşası və mövcud kanalların köçürülməsi işləri davam edir. Murovdağ tunelinin giriş və çıxış hissəsində ümumilikdə 750 m üst yarı qazma işləri aparılıb. Yolların qış baxımı ilə əlaqədar layihə boyunca qarın təmizlənməsi və duz-qum qarışığının səpilməsi təmin edilir.

3. Kəlbəcər-Laçın avtomobil yolu

– Texniki göstəriciləri: yol – 72.3 km, I-II texniki dərəcəli, 2-3 hərəkət zolaqlı, tunel – 9.8 km;
– Görülmüş işlər: yolun torpaq yatağının tikintisi işləri 40 % icra olunub. Mobilizasiya işləri davam etdirilir.

4. Kəlbəcər və Laçın rayonları ərazisində yol infrastrukturunun tikintisi

– Texniki göstəriciləri: 30 km, IV texniki dərəcəli, iki hərəkət zolaqlı.

– Görülmüş işlər: yolların torpaq yatağının və yol geyimi tikintisi işləri aparılır, boruların tikintisi 95 % icra olunub, yol nişanları 85 % quraşdırılıb.

5. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu

– Texniki göstəriciləri: 123.8 km, I texniki dərəcəli, 4-6 hərəkət zolaqlı.

– Görülmüş işlər: 0-23 və 42-76-cı km hissələrdə torpaq yatağının tikintisi aparılır. Torpaq işləri 25 %, boru və keçidlərin tikintisi 29 %, körpülərin tikintisi 25 % icra olunub.

6. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu

– Texniki göstəriciləri: 70.4 km, I texniki dərəcəli, dörd hərəkət zolaqlı.

– Görülmüş işlər: Qubadlı – Laçın istiqamətində 0-37 km, Xanlıq istiqamətində 0-1 və 5-14 km hissələrdə torpaq yatağı tikilib, 1, 11, 23, 33 və 39-cu km-də körpü tikintisi işləri aparılır. Torpaq işləri 37 %, yol geyimi – 4 %, boru və keçidlərin tikintisi 37 %, körpülərin tikintisi 29 % icra olunub.

7. Qubadlı-Eyvazlı avtomobil yolu

– Texniki göstəriciləri: 26 km, IV texniki dərəcəli, iki hərəkət zolaqlı.
– Görülmüş işlər: Qubadlı rayonu ərazisində Eyvazlı kəndinə gedən yolda qaya qruntları dağıdılmaqla torpaq yatağının tikintisi işləri aparılır. Ümumi yolun 8 km-də torpaq yatağının genişləndirilərək normativ enə çatdırılması işləri başa çatıb.

8. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil

– Texniki göstəriciləri: 43 km, I texniki dərəcəli, dörd hərəkət zolaqlı.
– Görülmüş işlər: Torpaq işləri 53 %, yol geyimi 10 %, boru və keçidlərin tikintisi 55 %, körpülərin tikintisi 51 % icra olunub.

9. Füzuli-Hadrut avtomobil yolu

– Texniki göstəriciləri: 13 km, I texniki dərəcəli, dörd hərəkət zolaqlı.
– Görülmüş işlər: Yolun torpaq yatağının tikintisi işləri aparılır. İlk 8 km hissədə torpaq işləri və yol yatağının tikintisi 50 % icra olunub.

10. Bərdə-Ağdam avtomobil yolu

– Texniki göstəriciləri: 45 km, I texniki dərəcəli, dörd hərəkət zolaqlı.
– Görülmüş işlər: torpaq işləri 45.9 %, yol geyimi 9.8 %, boru və keçidlərin tikintisi işləri 33.5 %, körpülərin tikintisi 84.9 % icra olunub.

11. Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolu

– Texniki göstəriciləri: 22 km, II-IV texniki dərəcəli, iki hərəkət zolaqlı.
– Görülmüş işlər: Yolun ilk 1.8 km-lik hissəsində asfalt-beton örtüyün alt qatı tikilib, 1.8-6 km və 12-22 km hissələrində boruların quraşdırılması və əsasın tikintisi işləri aparılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol layihələri barədə MƏLUMAT

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın