Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı münaqişəyə könüllülərin cəlb edilməsinə razılıq verib.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Rusiya Federasiyası Təhlükəsizlik Şurasının toplantısında çıxış edən Vladimir Putin deyib.
Dövlət başçısının sözlərinə görə, Ukraynanın qərbli sponsorları münaqişədə iştirak üçün muzdluların Ukrayna ərazisinə göndərilməsini gizlətmirlər.
“Ona görə də görsəniz ki, özəlliklə də pul qarşılığında yox, könüllü olaraq gəlib Donbassda yaşayan insanlara kömək etmək istəyən var. Onları qarşılayıb bu şəxslərin döyüş bölgəsinə göndərilməsinə kömək etmək lazımdır”, – deyə Vladimir Putin söyləyib.