Rusiya Ukraynadakı münaqişənin davam etməsini istəmir. Əksinə, 2014-cü ildə ölkədəki xaricdən idarə olunan dövlət çevrilişindən sonra başlayan bu müharibəyə son qoymağa çalışır.

YALAN.info bildirir ki, bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putin cümə axşamı jurnalistlərə bildirib.

O, qeyd edib ki, hər şey 2014-cü ildə ABŞ-nin təhrik etdiyi dövlət çevrilişi ilə başlayıb. “Məqsəd münaqişənin davam etməsi deyil, əksinə, bu müharibəyə son qoymaqdır. Biz buna çalışırıq və bundan sonra da çalışacağıq. Biz çalışacağıq ki, müharibə mümkün qədər tez başa çatsın. Təbii ki, bu, nə qədər tez olsa, bir o qədər yaxşıdır”, – Putin vurğulayıb.

O, bəyan edib ki, hərbi əməliyyatların intensivləşməsi əsassız itkilərə gətirib çıxara bilər. Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Kiyevə “Patriot” sistemlərinin tədarükü Ukraynada müharibənin uzanmasına gətirib çıxaracaq.

“Patriot”a gəlincə, bu, yetərincə köhnə sistemdir, məsələn, bizim “S-300” kimi işləmir. Ancaq buna baxmayaraq, bizə qarşı çıxanlar bunun müdafiə silahı olmasına əsaslanırlar – yaxşı, olsun. Bunu sadəcə nəzərdə saxlayacağıq”, – dövlət başçısı vurğulayıb. “Əlacı həmişə tapılacaq. Qoy təmin etsinlər, biz onları sınağa çəkərik”, – deyə Prezident “Patriot” sistemlərini şərh edərkən əlavə edib.

Yada salaq ki, “Patriot” zenit-raket komplekslərinin Ukraynaya çatdırılması dekabrın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı elan edilib və bu, Ukrayna liderinin müharibə başlayandan bəri ilk xarici səfəri olub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın