Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkədə minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncama qol çəkib.

YALAN.info Online Xəbərlər və İnformasiya Saytının məlumatına görə, Prezident İlham Əliyevin 25 dekabr 2017-ci il tarixli sərəncamında minimum aylıq əməkhaqqının məbləğinin 2018-ci il yanvarın 1-dən 130 manat müəyyən edildiyi bildirilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 yanvar tarixli 2608 saylı Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 1, maddə 87) 1-ci hissəsi ləğv edilir.

Öncəki xəbərHadisə Azərbaycandakı Konsertindən Yarım Milyon Manat Qazanacaq
Sonrakı xəbərƏli Həsənov: 2020-ci ildə Azərbaycanda Bir Yoxsul Da Qalmayacaq
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın