Polşa, Çexiya və Sloveniyanın baş nazirləri Kiyevdə görüşüblər. Həmçinin Ukraynanın paytaxtında Polşanın hakim “Hüquq və Ədalət” partiyasının lideri Yaroslav Kaçinski də gəlib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Polşa hökumətinin başçısı Mateuş Moravetski öz “Twitter” səhifəsində görüşün fotosunu nümayiş etdirib.

“Məhz burada, müharibənin tüğyan etdiyi Kiyevdə tarix yazılır. Məhz burada azadlıq zülm dünyası ilə mübarizə aparır. Məhz burada bizim hər birimizin gələcəyi nizamnlanır. AB Ukraynanı dəstəkləyir. Bu ölkə dostlarının köməyinə arxayın ola bilər. Bu, bizim bu gün Kiyevə çatdırdığımız mesajdır”, – o yazıb.

Qeyd edək ki, nümayəndə heyətinə Polşanın baş naziri Mateuş Moravetski, baş nazirin müavini Yaroslav Kaçinski, Çexiyanın baş naziri Petr Fiala və Sloveniyanın baş naziri Yanez Yanşa daxildir.

Prezidenti Volodimir Zelenski Kiyevə gəlmiş Polşa, Çex Respublikası və Sloveniyanın baş nazirləri ilə görüşüb. Bununla bağlı Zelenskinin Instagram hesabında məlumat verilib.

KİMMateusz Morawiecki
MƏNBƏTwitter
Öncəki xəbərAŞPA Dnestryanı bölgəni Rusiya işğalı zonası kimi tanıdı
Sonrakı xəbərLukaşenko Belarusun Ukrayna əməliyyatında iştirak etməmə səbəbini açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın