ABŞ-ın müdafiə naziri Lloyd Ostin Rusiyanın Ukraynaya qarşı müharibəsi və dünya nizamını pozmaq cəhdlərinə cavab olaraq beynəlxalq ictimaiyyəti qüvvələri birləşdirməyə çağırıb.

YALAN.info bildirir ki, bununla bağlı Ostin Sinqapurda keçirilən “Şanqri-La Dialoqu” beynəlxalq təhlükəsizlik konfransında bildirib.

“Rusiyanın Ukraynaya təcavüzü – zülmkarlar hamımızı qoruyan qaydalara məhəl qoymayanda baş verir. Böyük dövlətlər öz imperiya iştahalarının sülhsevər qonşularının hüquqlarından daha önəmli olduğuna qərar verdikdə belə olur. Ona görə də gəlin bu məqamdan ümumi məqsəd uğrunda birləşmək və qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək üçün istifadə edək”, – deyə o bildirib.

Ostin Rusiyanın qaydalara əsaslanan dünya nizamını məhv etdiyini də vurğulayıb. “Əgər müdaxilə olunmazsa, bu, xaos və nizamsızlıqla dolu bir dünyanın formalaşmasına gətirib çıxaracaq ki, sivil dövlətlərdən heç biri belə bir dünyanın içində olmaq istəməz”, – deyə Pentaqon rəhbəri əlavə edib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın