Amerikalı məşhur aktrisa və model Pamela Anderson “PlayBoy” jurnalına çəkilməzdən öncə çox utancaq olduğunu etiraf edib.

YALAN.info bildirir ki, qlamur modellik işləri ilə tanınmış 56 yaşlı model bununla bağlı “One-on-One” jurnalının özəl buraxılışına müsahibəsində danışıb.

Anderson ilk dəfə 1989-cu ildə, aktrisalıq karyerasına başlamazdan bir müddət əvvəl “PlayBoy”un üz qabığında görünüb. O, bu çəkiliş təcrübəsini yada salaraq, təbii utancaqlığını aradan qaldırmaq üçün öz üzərində çox çalışmalı olduğunu etiraf edib.

“Bu çəkilişlər o qədər yorucu idi ki, içimdəki daxili mübarizə də məni qalan gücümdən məhrum edirdi. Mənə elə gəlirdi ki, o qədər yöndəmsizəm ki, model roluna qəti uyğun deyiləm. Ətrafımdakı hər kəsin çox gözəl olduğunu düşünürdüm və özümü onların sıralarında saxtakar kimi hiss edirdim”, – ulduz deyib.

One-On-One With Pamela Anderson
Öncəki xəbərHacı Şahin Həsənli “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırıldı
Sonrakı xəbərMN: Ermənistan torpaq yolu ilə Qarabağa silah-sursat daşımağa çalışıb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın