Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.

YALAN.info bildirir ki, Hacı Şahinin cənazəsi dəfn olunması üçün Məşədi Dadaş məscidindən götürülüb. 

Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Hacı Şahin dəfn edilir – BAKU TV

Baş Prokurorluğun mətbuat xidməti Hacı Şahinin ölümü ilə bağlı araşdırma aparıldığı haqqında məlumat yayıb. Bildirilib ki, 1974-cü il təvəllüdlü Şahin Həsənlinin martın 2-də paytaxtın Yasamal rayonunda yerləşən evində ölməsi faktı ilə bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın