Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev uzun müddətdən sonra ilk dəfə vətəndaşlara xitabən videomüraciət ünvanlayıb.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, videomüraciət Elbaşının YouTube kanalında yayımlanıb.

N.Nazarbayev indi Qazaxıstanın paytaxtında olduğunu, istirahət etdiyini və heç yerə getmədiyini bildirib. Siyasətçi apardığı islahatlar və modernləşmə kursunu dəstəklədiklərinə görə Qazaxıstan xalqına təşəkkür edib.

Qazaxıstanın dünya birliyində tanınan və nüfuzlu dövlətə çevrildiyini deyən Nazarbayev vurğulayıb ki, bu, bütün qazaxıstanlıların həmrəyliyinin və birliyinin nəticəsidir: “Ölkədə sabitlik, əmin-amanlıq həmişə mənim məqsədim olub. Biz hamımız bu əbədi dəyərləri yaşatmalıyıq. Biz böhrandan mütləq çıxacağıq və daha da güclənəcəyik. Prezident xalqın rifahının yaxşılaşdırılmasına yönəlmiş yeni islahat proqramı irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır”, – Elbası videomüraciətində bildirib.

O vurğulayıb ki, 2019-cu ildə prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verib və həmin vaxtdan təqaüdçüdür: “İndi Prezident Kasım-Jomart Tokayevin tam səlahiyyəti var. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”.

Elbaşı bildirib ki, Qazaxıstana qarşı təşkil edilən bu iğtişaşların və hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin əsaslarını məhv etmək idi: “Bu hadisələr bir daha onu göstərir ki, müstəqillik göz bəbəyi kimi, özəlliklə diqqətli rəftar tələb edir. Baş verən faciə hamımız üçün dərs oldu. Bütün bu qırğınları və qətlləri kimin təşkil etdiyini öyrənmək önəmlidir. İstintaq bu suala cavab verəcək”.

Қазақстан Республикасының Тұңғыш Президенті – Елбасы Н.Ә.Назарбаевтың Қазақстан халқына үндеуі

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın