Nigeriyanın şimal-qərbindəki Zamfara əyalətində son 7 gündə ən azı 200 nəfər həlak olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı Nigeriyanın humanitar işlər, fəlakətlərin qarşısının alınması və sosial inkişaf naziri Sadia Umar Faruk bildirib.

“Yanvarın 9-da quldurların əli ilə ölürülmüş 200-dən çox insan torpağa tapşırıldı. Hökumət həmçinin insanların zorakılıq səbəbindən evlərindən çıxıb qaçqın durumuna düşməsindən rahatsızdır”, deyə o, məlumat verib.

Qeyd edək ki, Nigeriyada son illərdə mülki şəxslərə qarşı mütəşəkkil hücumların sayı önəmli dərəcədə artıb. Cinayətkarlar insanları öldürür, fidyə üçün girov götürür, mal-qaranı oğurlayır, sakinləri qorxudur, müxtəlif rüsumlar alır. Quldurlar sakinləri hakimiyyətlə əməkdaşlıq edən kənd və qəsəbələrə də hücum edirlər. Hökumət tüğyan edən cinayətin öhdəsindən gəlmək üçün xüsusi polis və ordu birləşmələrindən istifadə etməyə məcburdur. Yerli özünümüdafiə bölmələri də yaradılır.

Nigeriyanın şimal-qərb bölgələrində 2020-ci ilin sonundan başlayaraq kütləvi adam oğurluğu və başqa zorakı cinayətlərin artdığı bir sıra hücumların şahidi olub. Beynəlxalq Böhran Qrupu qeyri-hökumət təşkilatının məlumatına görə, son 10 ildə Nigeriyada 8 min insan silahlı qrupların qurbanı olub, 200 min insan evlərini tərk etmək məcburiyyətində qalıb.

MƏNBƏPressorg24.com
Öncəki xəbərBu gün Qazaxıstanda matəmdir: Ölənlərin sayı haqqında məlumat verilmir
Sonrakı xəbərNatəvan Qədimova nə üçün kolbasanın ətdən ucuz olduğunu açıqladı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın