Eurovision Song Contest 2011 (ESC-2011) mahnı yarışmasının qalibləri Nigar Camal və Eldar Qasımov 10 il sonra bir araya gəliblər.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, sənətçilər uzun illərdən sonra ilk duetlərini sevənlərinin ixtiyarına veriblər.

Nigarla Eldar 1990-cı və 2000-ci illərdə hit olan Azərbaycan pop-mahnılarından “mash up” hazırlayıblar. Onlar Xalq artistləri Aygün Kazımova, Faiq Ağayev, Röya Ayxan və başqalarının bir zamanlar hit olan ifalarını yeni aranjimanda səsləndiriblər.

Sənətçilər mahnıları oxumaqla kifayətlənməyərək ifalarına həm də ekran həyatı veriblər. Rejissorluğunu Eko Ağalarovun etdiyi klipdə Nigar Camal Merilin Monro, Eldar Qasımov isə Elvis Presli obrazında olub. Ekran işində aktyor Nicat Rəhimov və şairə Zəhra Bədəlbəyli də çəkilib.

Qeyd edək ki, kompozisiya sənətçilərin sosial şəbəkə səhifələrinə, o cümlədən rəqəmsal platformalara yerləşdirilib.

Nigar Jamal ft. ELDAR — 10 İl Sonra (Rəsmi Musiqi Videosu)

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın