Müğənni Nigar Camal 11 yaşlı körpənin cinsi zorakılığa məruz qalması, üstəlik övlad dünyaya gətirməsinə görə onun anasını sərt şəkildə ittiham edib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ötən gün İmişli rayonunda atalığı tərəfindan cinsi zorakılığa məruz qalan və uşaq dünyaya gətirən 11 yaşlı qızın xəbəri mətbuatın gündəmini zəbt edib. Onun başına gələn iyrənc hadisə sosial şəbəkələrdə uzun və geniş müzakirələr yaradaraq qınaq obyektinə çevrilib.

Müğənni Nigar Camal da bununla bağlı öz “Instagram” hesabında paylaşım edib. Sənətçi 11 yaşlı körpənin cinsi zorakılığa məruz qalması, üstəlik övlad dünyaya gətirməsinə görə onun anasını sərt şəkildə ittiham edib:

“Bilmirəm, nə yazım, nə deyim, dünəndən 11 yaşlı qızın ögey atasından 7 aylıq hamilə olma xəbəri ağlımdan çıxmır. Necə ana olasan ki, buna göz yumasan? Necə şərəfsiz olasan ki, 11 yaşlı uşağa göz dikəsən. Hələ bu uşaq indi hamilə qalıb, Allah bilir illərdir təcavüzə məruz qalıb, anası da susub.

Mənə çox maraqlıdır, ər, həyat yoldaşı, hansısa kişinin yanında olması övladınızdan daha vacibdir? Axı bu insanlığın hansı səviyyəsidir? Bir qadın olaraq kişisiz ayaqda qalmaq çoxmu çətindir? Dəyərdi iki körpənin həyatını məhv etməyə?

Əziz qadınlar, əziz analar, övladlarınızı diqqətdən kənarda qoymayın, ən kiçik səhvlərində geri itələməyin. Onlarla dost olmağa, onları başa düşməyə çalışın. Hər şeyi qadağalarla, “olmaz”larla yox, daha şirin və yumşaq dil ilə anlatmağa çalışın. Əminəm ki, işə yarayacaq.

Hüquq-mühafizə orqanlarından isə xahiş edirəm ki, bu körpənin cinayətində, həyatının məhv olmasında əli olan şəxslər cəzalandırılsın! Xüsusilə bu atalığa ömürlük cəza verilsin, necə ki, bu körpəyə ömürlük cəza verilib”.

Qeyd edək ki, zorlanmış qız əməliyyat olunub, əməliyyatla uşaq götürülüb. Ailə doğulan körpədən imtina edib.

Bu gün Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi İmişli rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işlərinin və hüquqlarının müdafiəsi üzrə komissiya tərəfindən 11 yaşında ana olan uşaq və dünyaya gətirdiyi körpə nəzarətə götürülüblər.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın