Deputat Cavanşir Feyziyev “Facebook” səhifəsində Fransa parlamentinin deputatı Natali Qulenin Xocalı Soyqırımı ilə əlaqədar çıxışını yayımlayib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Fransa Senatında Normandiyanı təmsil edən senator Natali Qule (Nathalie Goulet) Xocalı Soyqırımının 30-cu ildönümü ilə bağlı video-müraciətində belə deyib:

“… Bu günkü mesajımı Azərbaycan xalqına və 1992-ci ilin 26 fevralında baş vermiş Xocalı Qətliamının qurbanlarının ailələrinə ünvanlamaq istəyirəm. Məqsədim Xocalıya Ədalət tələb etməkdir. Azərbaycan ərazilərinin işğaldan azad olunması nəticəsində yaranmış bu günkü siyasi reallıq şəraitində keçən il olduğu kimi, bu il də Xocalı qurbanlarını bir daha yad etmək olduqca önəmlidir.

Mən öz doğma torpaqlarına qayıdan ailələrə ən xoş arzularımı bildirərək onlara əmin-amanlığa və özəlliklə ədalətə qovuşmağı arzulayıram. Hesab edirəm ki, ədaləti bərpa etmək üçün uyğun bir prosesə ehtiyac var ki, bu da Beynəlxalq Cinayət Tribunalı ola bilər. Bütün hallarda, mənim üçün yalnız bir həqiqət var: Qarabağ Azərbaycandır!

Bilirəm ki, siz Fransanın bu məsələlərdə Ermənistanın tərəfində durması haqqında çox eşidirsiniz. Ancaq buna baxmayaraq mənim mövqeyim birmənalıdır. Mən Azərbaycanın dostuyam, həmişə dostu olaraq qalacam və Xocalıya ədalət tələb edirəm!”

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın