Pekin-2022 Qış Olimpiya Oyunlarında hokkey yarışına yekun vurulub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, final oyununda Rusiya və Finlandiya milli komandaları üz-üzə gəliblər. Pekində baş tutan qarşılaşma Skandinaviya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Finlandiyalıların heyətində qolları 24-cü dəqiqədə Ville Pokka və 41-ci dəqiqədə Hannes Byörninen vurublar. Rusiya yığmasının yeganə qoluna isə 8-ci dəqiqədə Mixail Qriqorenko imza atıb.

Qeyd edək ki, Finlandiya yığması tarixində ilk dəfə olimpiya çempionu olub. Rusiya seçməsi isə sonuncu dəfə 2018-ci ildə Cənubi Koreyanın Pxençxanq şəhərində keçirilmiş Qış Olimpiya Oyunlarında qızıl medallara sahib çıxıb.

Hokkey üzrə olimpiya “qızıl”ı indiyədək toplamda 9 ölkəyə qismət olub. Finlandiyadan başqa, Kanada 9, SSRİ 7, ABŞ və İsveç 2, Böyük Britaniya, ABŞ, Çexiya, MDB və Rusiya hərəyə 1 dəfə uğur əldə edib.

Norveç yığması Pekin-2022 Qış Olimpiya Oyunlarında 37 medalla (16 qızıl, 8 gümüş, 13 bürünc) hər iki göstəricidə – medal sayında və əyarında birinci olub.

Olimpiadada 12 qızıl, 10 gümüş və 5 bürünc medal əldə edən Almaniya yığması 2-ci yeri tutub. Medal sayına görə isə bu pillədə Rusiya Olimpiya Komitəsi (32) qərarlaşıb. Bu, ölkə tarixində rekord göstəricidir. Medal əyarında 3-cü yerə 9 “qızıl”, 4 “gümüş” və 2 “bürünc”lə ev sahibi Çin sahib çıxıb.

Onu da bildirək ki, Pekin Olimpiadasının bağlanış mərasimi bu gün Bakı vaxtı ilə saat 16:00-da keçiriləcək.

Finland win Final in Beijing with first ever gold in Men’s Ice Hockey Triumph | 2022 Winter Olympics

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın