Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümünə həsr olunmuş ölkəmizdə keçiriləcək “Mustafa Kamal Atatürk-2023” birgə taktiki təliminə hazırlıq prosesi davam edir.

YALAN.info bildirir ki, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat verib.

Plana uyğun olaraq, döyüş təyyarələri ilə havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, eləcə də, hava kəşfiyyatının aparılması və başqa tapşırıqlar üzrə fəaliyyətləri məşq etdirilib. Təlim məşqləri zamanı qarşıya qoyulan bütün tapşırıqlar hərbi pilotlar tərəfindən yüksək dəqiqliklə yerinə yetirilib.

“Mustafa Kamal Atatürk – 2023” birgə taktiki təliminə hazırlıq məşqləri davam edir

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın