İtaliya A seriyasında 2021/2022 mövsümü “Milan”ın çempionluğu ilə sona çatıb.

YALAN.info bildirir ki, turnirin qalibi son turun oyunlarından sonra bilinib.

Son turda turnir cədvəlinin lideri “Milan” 38-ci turda “Sassuolo”nun qonağı olub. “Qırmızı-qaralar” bu görüşdə 3:0 hesabı ilə qalib gəlməklə çempion adını qazanıb. Beləliklə, “Milan” 11 illik fasilədən sonra yenidən çempion olub. Komanda sonuncu dəfə 2010-2011 mövsümündə qızıl medalları əldə etmişdi. Bu, “Milan”ın toplamda 19-cu çempionluğudur.

Onu da bildirək ki, ikinci pillədə olan “İnter” də son turda “Sampdoriya”nı 3 cavabsız qolla məğlub edib. 3-cü yerdə 79 xalla “Napoli” və 4-cü yerdə isə 70 xalı olan “Yuventus” qərarlaşıb.

We are the Champ19ns! 🏆🇮🇹🔴⚫ | Sassuolo 0-3 AC Milan | Highlights Serie A

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın