Ukrayna əsilli Hollivud ulduzu Mila Kunis (Milena Markovna Kunis) və əri tanınmış aktyor Eşton Katçer (Ashton Kutcher) ukraynalılara 30 milyon dollarlıq yardım toplamaq üçün “GoFundMe” kampaniyasına başlayıblar.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bununla bağlı məşhur cütlük öz YouTube kanalından video-müraciət yayımlayıblar.

“Ukraynalılar çox cəsur və güclü insanlardır. Ancaq bu o demək deyil ki, onların dəstəyə ehtiyacı yoxdur. Xahiş edirik Ukrayna xalqı üçün yardım toplamaqda bizə yardım edin”, – Mila Kunis video-müraciətində bildirib.

Ulduz cütlük humanitar yardımın vaxtında və lazımi yerə çatdırılması üçün bütün logistika işlərini də öz üzərinə götürüb. Məşhurların özləri ümumi toplan məbləğə 3 milyon dollar əlavə edəcəklərinə də söz ediblər.

Ashton Kutcher and Mila Kunis Stand With Ukraine
Öncəki xəbərNATO-nun Baş katibi: Rusiya dərhal bütün qoşunlarını Ukraynadan çıxarmalıdır
Sonrakı xəbərNaxçıvan Qarnizonu Qoşunlarında komandir hazırlığı məşğələləri keçirilib
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın