“Rusiya bütün qoşunlarını Ukraynadan çıxarmalı və dərhal diplomatiya yoluna qayıtmalıdır”.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, bunu Şimali Atlantika Alyansının (NATO) Baş katibi Yens Stoltenberq üzv ölkələrin xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüssel şəhərində baş tutan fövqəladə toplantısından sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Alyans Ukraynaya dəstəyini artırıb: “Bu gün ciddi bir böhranla üz-üzəyik. Bizim əsas vəzifəmiz üzvlərimizin təhlükəsizlyini təmin etməkdir. Ukraynadakı durumun digər ölkələrə yayılmamasını istəyirik. Bu, daha təhlükəli olar”.

NATO-nun Baş katibi Ukrayna dövləti və xalqının Rusiya işğalına qarşı müqavimətini yüksək qiymətləndirib: “Vladimir Putin Ukrayna Silahlı Qüvvələrinin gücünü ciddi qəbul etmədi. Əlbəttə, Ukraynaya dəstəklər də davam edir. Volodimir Zelenskinin cəsarəti sayəsində Ukrayna xalqı çox inamlı davranır. Göstərilən yardımlar çox mühümdür. Dəstəyimizi artıracağıq. 2014-cü ilə nisbətədn Ukrayna ordusunda çox inkişaf var”.

Baş katib NATO-nun nə üçün Ukraynanın hava məkanını bağlamayacağını açıqladı

NATO-nun Baş katibi Yens Stoltenberqin sözlərinə görə, Alyans Rusiyaya ağır sanksiyalar tətbiq edir: “Putin addımlarına davam etsə, daha ağır sanksiayalarla üzləşəcək. Ukraynaya dəstəyimiz davam edir. Ancaq biz heç bir halda müharibənin birbaşa iştirakçısı olmayacağıq. Bu, dünya üçün daha böyük təhlükə yarada bilər. Rusiya beynəlxalq ictimaiyyət arasında qınanılır. Putin məsələnin həlli üçün diplomatiya yolunu seçməlidir”.

“Çünki bu, daha təhlükəli, daha dağıdıcı və böyük insan iztirablarına səbəb olacaq. Ona görə də biz açıq şəkildə bildirdik ki, biz Ukraynaya nə qurudan, nə də Ukraynanın hava məkanından daxil olmaq fikrində deyilik. Və təbii ki, uçuşa qadağa zonası tətbiq etməyin yeganə yolu NATO-nun döyüş təyyarələrini Ukraynanın hava məkanına göndərmək və daha sonra Rusiya təyyarələrini vurmaqla bu uçuşa qadağan zonanı tətbiq etməkdir”, – Stoltenberq vurğulayıb.

“Biz çarəsizliyi başa düşürük, ancaq inanırıq ki, bunu etsək, nəticədə Avropada çoxlu sayda ölkəni əhatə edən tammiqyaslı müharibəyə və daha çox insan itkisinə gətirib çıxara bilər. Bunu etməməyizin səbəbi budur. Ağır sanksiyalar tətbiq etmək, önəmli dəstək vermək, dəstəyi artırmaq, eyni zamanda NATO qüvvələrini Ukraynadakı münaqişəyə birbaşa, nə quruda, nə də havada cəlb etməmək ağrılı qərardır”, – Stoltenberq boynuna alıb.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın