Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev Şimali Atlantika Alyansı (NATO) ilə Rusiya arasında potensial nüvə müharibəsi ehtimalının artdığını bildirib.

YALAN.info bildirir ki, bununla bağlı Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

“Ukraynanı silahla təmin etmək bu ehtimalı artırır. Bu da nüvə müharibəsinə çevrilə bilər. Bu isə hamı üçün fəlakətli ssenaridir”, – deyə o “Telegram” kanalında vurğulayıb.

“NATO ölkələrinin Ukraynanı silahla doldurması, onun qoşunlarının Qərb texnikasından istifadəyə öyrədilməsi, muzdluların göndərilməsi və alyans ölkələrinin bizim sərhədlərimizə yaxın təlimlər keçirməsi NATO ilə birbaşa və açıq münaqişə ehtimalını artırır”, – deyən Medvedev vurğulayıb ki, xarici analitiklərin NATO-nun Rusiya ilə müharibəsi ilə bağlı bitib-tükənməyən söhbətləri səngimək bilmir.

Öncəki xəbərAzərbaycan, Rusiya və Ermənistan XİN rəhbərlərinin görüşü baş tutdu
Sonrakı xəbərAvropa İttifaqı ölkələrini tanımaq üçün Bakıda “Avropa Şəhərciyi”nə gəlin
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın