UEFA Çempionlar Liqasının favoritlərindən “Mançester Siti” 1/8 final mərhələsinin ilk qarşılaşmasında 1:1 hesablı heç-heçəyə razılaşdığı “Leypziq”lə üz-üzə gəlib.

YALAN.info bildirir ki, “Şəhərlilər” ev oyununda Erlinq Holannın (Erling Haaland) 5 qolu, İlkay Gündoğan və Kevin De Bruyne hərəyə bir dəfə fərqlənməsi ilə rəqibi darmadağın ediblər – 7:0.

Penta-trik edən forvard Lionel Messi və Luis Adrianonun göstəricisini təkrarlayıb. O, daha bir dəfə fərqlənə bilsəydi, turnir tarixinin mütləq rekordçusu olacaqdı. Ancaq İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola 63-cü dəqiqədə Holandı əvəzləyərək, ona bu fürsəti verməyib.

Hücumçu daha bir dəfə fərqlənə bilsəydi, turnir tarixinin mütləq rekordçusu olacaqdı. Lakin İngiltərə klubunun baş məşqçisi Pep Qvardiola 63-cü dəqiqədə Holandı əvəzləyərək, ona bu fürsəti verməyib.

Komandasının 7:0 hesabı ilə qalib gəldiyi matçda 5 qol vuran norveçli forvard daha çox fərqlənmək istədiyini deyib. “Əvəzlənəndə Pep Qvardiolaya dedim ki, məni oyunda saxlasın. Çünki daha çox qol vurmaq istəyirdim. Ancaq nə edə bilərəm? Bu turniri – Çempionlar Liqasını sevirəm”, – deyə Holand bildirib.

İspaniyalı peşəkar futbol meneceri isə Messinin bir oyunda 5 qol vurmasını unutduğunu söyləyib: “Bu rekordu 22-23 yaşında əldə edərsə, irəliyə hədəfi qalmaz; burada və hər yerdə. Buna görə onu əvəzlədim. Messinin “Leverkuzen”ə 5 qol vurması ağlımda deyildi. Mənə ilk reportajda dedilər. Dəyişiklik etdim, çünki oyunda hər şey həll olunmuşdu və bütün oyunçularıma şans vermək istədim”.

M.Siti 7:0 Leypsiq | UEFA Çempionlar Liqası, 1/8 final, cavab oyunu | İCMAL

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın