Xəbər verdiyimiz kimi, bu il Liverpulda keçiriləcək 2023 Avroviziya Mahnı Yarışmasında (Eurovision Song Contest 2023) Azərbaycanı Zaqataladan olan Tural və Turan qardaşları təmsil edəcəklər.

YALAN.info bildirir ki, Tural & Turan Bağdanovlar Eurovison Song Contest 2023 (ESC2023) yarışmasında öz bəstələri olan “Tell Me More” adlı mahnı ilə çıxış edəcəklər.

Mahnının klipi “Avroviziya”nın (Eurovision) rəsmi “YouTube” səhifəsində yayımlanıb. Yada salaq ki, “Eurovision 2023” mahnı yarışması bu il 9-13 may tarixlərində Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək.

Azərbaycanın ESC2023-də səslənəcək “Tell Me More” mahnısı artıq dörd ölkədə trend sırasına düşməyi bacarıb. Olay.az yazır ki, Tural və Turan Bağmanovların ifası “iTunes” musiqi platformasında bir neçə saat ərzində trendə düşüb. Belə ki, mahnımız trend siyahılarında Yeni Zelandiyada 64, İsveçdə 70, İspaniyada 110-cu, Finlandiyada isə 6-cı yerdədir. Mahnının klipi Youtube-da 247 min dəfə izlənilib.

TuralTuranX – Tell Me More | Azerbaijan 🇦🇿 | Official Music Video | Eurovision 2023

Azərbaycan ESC Mahnı Yarışmasında

Azərbaycan 2008-ci ildə Eurovision Mahnı Müsabiqəsində debüt edib. Ölkəmiz 2008-ci ildə debütündən sonra ardıcıl olaraq Avropanın sevimli televiziya şousunda 14 dəfə iştirak edir.

Azərbaycan bir dəfə, 2012-ci ildə Eldar & Nikki-nin “Running scared” mahnısı ilə yarışmanın qalibi olub. Növbəti il ölkə ilk dəfə olaraq “Eurovision Song Contest” mahnı yarışmasını möhtəşəm paytaxtı Bakıda qarşıladı.

Onu da yada salaq ki, 2022-ci ildəki ən sonuncu yarışmada Turində keçirilən ESC-də Nadir Rüstəmli “Fade to Black” mahnısı ilə Odlar Yurdunu təmsil edib. İsveçdən olan bəstəkarlar komandasının mahnısını oxuyan Nadir finalda 16-cı yeri tutub.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın