Fransa prezidenti Emmanuel Makron ikinci müddətə seçilmək istədiyini bildirib, ancaq hələ ki, namizədliyini rəsmən irəli sürməyib.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, Makronun sözlərinə görə, indi koronavirus pandemiyası ilə mübarizə onun üçün əsas prioritetdir.

“Heç bir yanlış gözlənti yoxdur. Mən istəyirəm”, – deyən prezident buna imkan verəcək sanitar şərait yaranan kimi məsələni özü üçün aydınlaşdıracağını və xəbər verəcəyəni vurğulayıb.

O əlavə edib ki, namizədlər arasında qadınların da olması ölkədə qadın və kişi bərabərliyini təmin edir.

Qeyd edək ki, Fransa prezidenti postu uğrunda Paris meri Ann İdalqo, həmçinin Milli Birlik partiyasının lideri Marin Le Pen, radikal solçu Jan-Lük Melanşon və kommunist Fabyen Russel mübarizə aparacaq. Seçkilərin birinci turu aprelin 10-na təyin edilib. İkinci tur 24 aprel 2022-ci ildə baş tutmalıdır.

Öncəki xəbərQaziz Abışev: Qazaxıstan dövlət aparatı güclüdür, süqut edəcəyini düşünmürəm
Sonrakı xəbərMN: Hərbi qulluqçularımızın qar uçqunu altında qalması barədə məlumatlar yalandır
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın