“Rust” (Pas) filminin çəkiliş meydançasında baş verən olayla bağlı ilk dəfə müsahibə verən Hollywood aktyoru Alek Boldvin (Alec Baldwin) karyerasının bitmiş olduğunu söylədi.
YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, ABC kanalına müsahibə verən dünyaca tanınmış aktyor “Mən əsla birisinə silah uzadıb sonra tətiyi çəkmərəm” dedi.
Ağlayaraq danışan 63 yaşlı aktyor, “Mənə demişdilər ki, bu soyuq silahdır. Yəni onda heç mərmi yoxdur. Biri o silaha gerçək mərmi qoydu. Bilirəm ki, o adam mən deyiləm” dedi: “Məni yönləndirir, silahı necə tutmalı olduğumu göstərirdi. Silahı necə tutmağımı istəyirdisə, elə tuturdum. (Silahın lüləsi) qoltuğa doğru idi”.
Boldvin çəkiliş üçün silahın tətiyini çəkmədiyini, silahı sıxmadığını müdafiə etdi: “Tətik çəkili deyildi. Mən tətiyi çəkmədim. Mən xoruzu qaldırdım. ‘Görə bilirsən, Görə bilirsən?’ dedim. Sonra xoruzu bıraxdım və silah partladı”.
O, bu hadisəyə görə aktyorluq karyerasını bitirə biləcəyini, “bunun heç vecinə olmadığını” da söylədi.
Boldvin bu reportajdan qabaq onu izləyən paparazzilərlə ayaqüstü danışmış və yaşananları “trilyonda bir olacaq hadisə” adlandırmışdı.
Xatırladaq ki, 19-cu əsr vestern filmi olacaq “Rust”da Alek Boldvin həm filmin prodüseri, həm də baş rol ifaçısı idi. Onun açdığı atəş nəticəsində 42 yaşlı operator Qalina Hatçins və 48 yaşlı rejissor Coel Sousa yaralanıb. Operatorun həyatını xilas etmək olmayıb. Sousa isə bir neçə saat sonra xəstəxanadan evə buraxılıb.