İspaniyada başa çatmış “El Llobregat Open” şahmat turniri Azərbaycan şahmatı üçün əlamətdar hadisə ilə yadda qaldı.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı Chess.az-a istinadən xəbər verir ki, 6,5 xalla yarışı səkkizinci yerdə bitirən gənc şahmatçımız Məhəmməd Muradlı, sonuncu qrossmeyster normasını yerinə yetirməyi bacardı.

Beləliklə, Məhəmməd Azərbaycanın ümumilikdə 28-ci, aktiv şahmatçılar arasında isə 23-cü qrossmeysteri oldu. İndi Məhəmmədə yalnız Beynəlxalq Şahmat Federasiyası (FIDE) növbəti konfransını gözləmək qalır. Məhz FIDE-nin növbəti konfransında ona rəsmi olaraq qrossmeyster titulu veriləcək. 

MƏNBƏChess.az
Öncəki xəbərQurban Qurbanov: Hakim öz qərarına gülünc açıqlama verib
Sonrakı xəbərBakıda doğulmuş afrikalı milyarder İzabel dos Santosun ABŞ-a girişi qadağan edildi
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın