“Avropa Birliyi (AB) Rusiyanı Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq planlarını gizlətmir, ancaq istəyinə çata bilməyəcək”.

YALAN.info bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov jurnalist Pavel Zarubinin “Telegram” kanalında yayımladığı “Moskva. Kreml. Putin” verilişində deyib.

“Avropa Birliyi bizi hər cür cilovlamaq, Mərkəzi Asiya və Cənubi Qafqazdan sıxışdırmaq istədiyini gizlətmir. Bu, nəticə verməyəcək. Biz tarixən buradayıq və heç yerdən yox olmayacağıq. Həm də tərəfdaşlarımız, müttəfiqlərimiz var. Bunu çox yaxşı bilirsiniz”, – deyə diplomatik qurumun başçısı bildirib.

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın