“Bəzi Qərb ölkələri artıq anti-Rusiya sanksiyalarından yorulub”.

YALAN.info bildirir ki, bu sözləri Polşada səfərdə olan Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib.

“Düzünü desəm, bəzi ölkələrdə sanksiyaların yorğunluğunu görürəm. Doğurdan da Rusiya iqtisadiyyatına zərbə vura bilən əlavə sanksiyalardan qaçmaq istəyini görürəm. Ancaq Polşa onlardan biri deyil. Polşa Rusiyaya qarşı artan təzyiqdə ön sıradadır.

Kiyev bu yorğunluğu aradan qaldırmağa çalışır və ukraynalıların sanksiyalar sahəsində görülən hər şeyə görə minnətdar olduqlarını, ancaq daha çox iş görülməsinə ehtiyac olduğunu açıq şəkildə bildirir”, – Kuleba Polşanın TVN telekanalının efirində deyib.

Onu da bildirək ki, çərşənbə günü Ukraynanın xarici işlər naziri Varşavada bir sıra danışıqlar aparıb: Kuleba Baş nazir Mateuş Moravetski, Seymin sədri Elzbieta Vitek və Senatın sədri Tomaş Qrodski ilə görüşüb. Son görüşdən sonra keçirilən brifinqdə XİN başçısı danışıqların “çox məhsuldar” olduğunu vurğulayıb.

Öncəki xəbərSalome Zurabişvili: Gürcüstan Rusiyaya qarşı maliyyə sanksiyalarına qoşulub
Sonrakı xəbərUkraynaya 1370 raket atılıb, 10 milyondan çox insan evini tərk edib, 148 uşaq ölüb
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın