İngiltərənin “Mançester Yunayted” futbol komandasının və Portuqaliya yığmasının məşhur hücumçusu Kriştiano Ronaldo (Cristiano Ronaldo) Instagram sosial şəbəkəsində 400 milyon izləyici sayına çatan ilk şəxs olub.

YALAN.info Onlayn Xəbərlər və İnformasiya Saytı bildirir ki, daha öncə sosial şəbəkənin heç bir istifadəçisində belə göstəricilər olmayıb.

Onu da bildirək ki, Instagramda ən çox izlənən insanlar arasında Kim Kardaşyanın ögey bacısı Kayli Cenner (308 milyon) və PSJ-nin hücumçusu Lionel Messi (306 milyon) də var.

Yada salaq ki, Ronaldo 2021-ci ilin avqustundan “Mançester Yunayted”də çıxış edir və 15 milyon avroya “Yuventus”a keçib. Kriştianonun komanda ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədər qüvvədədir. Ronaldo bu mövsüm Premyer Liqada 18 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Çempionlar Liqasının qrup mərhələsində 5 qarşılaşmada 6 qol vurub.

Kriştiano Ronaldo eyni zamanda peşəkar futbol karyerasında ən çox (450) qol vuran oyunçu kimi də adını tarixə yazıb. Onun 44 het-triki də rekorddur. Ronaldo La Liqada ən tez 100, 150, 200 və 250 qol vuran futbolçudur. Madriddəki son ilində o, Çempionlar Liqasının qrup oyunlarının hamısında qol vuran yeganə futbolçu oldu. Ronaldo tarix yazmağa davam edir.

KİMCristiano Ronaldo
MƏNBƏInstagram
Öncəki xəbərSeneqal millisi tarixində ilk dəfə Afrika çempionu oldu
Sonrakı xəbərAzərbaycan Ermənistan Ordusunun 8 hərbçisini ölkəsinə qaytardı
YALAN.info Online Xəbərlər və İnformasiya Saytı Azərbaycan, eləcə də Bütün Dünyanın Siyasi, İqtisadi, İdman, Mədəniyyət və Texnologiya Yeniliklərini Yayımlayır. Hər Zaman Ən Son Yalanlardan YALAN.info-da Xəbərdar Ol!

BİR CAVAB YAZ

Buyurun, açıqlamanızı yazın!
Buyurun, adınızı bura yazın